Kateqoriyasız

“Vorskla”nın kapitanı: “Azərbaycana heç vaxt getməmişəm”

Çesnakov “Qarabağ”dan danışıb

İdmanxeber.az-ın məlumatına görə, Avroliqanın E qrupunda “Qarabağ”ın qəriblərindən olan “Vorskla”nın kapitanı Vladimir Çesnakov qrup barəsində yerli mətbuata açıqlama verib. O, “Qarabağ”ın oyunlarını izlədiyini bildirib:

“Ümid edirəm ki, bizim ev oyunlarımız Poltavada azarkeşlər üçün əsl bayram olacaq.Əminəm ki, onlar “Sportinq” və “Qarabağ” oyunlarda da bizi dəstəkləməyə davam edəcəklər. Bu komandalar da çətin rəqiblərdir. Azərbaycana heç getməmişəm. Amma “Qarabağ”ın Avrokuboklardakı çıxışını izləmişəm. Ümumiyyətlə, yaxşı püşkdür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43