Dünya futbolu

“Vorskla”nın kapitanı: “Sevinməyə belə gücümüz qalmamışdı”

Avroliqanın qrup mərhələsinin III turunda “Vorskla” səfərdə “Qarabağ”ı 0:1 hesabı ilə məğlub edib. Ukrayna təmsilçisinin kapitanı Vladimir Çesnakov oyundan sonra ölkə mətbuatına açıqlama edib:

“Belə bri güclü rəqibə qarşı qalib gəlmək çox sevindiricidir. Bu oyunda çox yaxşı mübarizə apardığımızı deyə bilərəm. Oyundan sonra o qədər yorulmuşduq ki,  soyunub-geyinmə otağında sevinməyə belə gücümüz qalmamışdı. Bütün gücümüzü oyunda qoymuşduq. Avroliqada ilk qələbəmizi qazandığımız üçün çox xoşbəxtik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43