Dünya futbolu

“Vorskla”nın oyunçusunun “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşdi

“Vorskla” klubu zədəli olan futbolçusu haqda məlumat yayıb.

Ukrayna təmsilçisi  çiynindən zədəli olan gürcü futbolçusu Aleksandr Kobaxidzenin əməliyyat olunacağı və meydanlara dekabrda qayıdacağını bildirib. Bu isə o deməkdir ki, futbolçu “Qarabağ”a qarşı olan iki oyunu da buraxacaq.

“Qarabağ” və “Vorskla” arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43