Dünya futbolu Kateqoriyasız

Vüqar Əskərovdan Latviyada növbəti qol

Latviya çempionatının XXI turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü Vüqar Əskərovun formasını geyindiyi “Liepaya” klubu səfərdə “Valmiera”yla qarşılaşıb. Qarşılaşma ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə sona çatıb. Qonaq komandanın yeganə qolunu 58-ci dəqiqədə həmyerlimiz  Vüqar Əskərov vurub. Bu, V.Əskərovun cari mövsümdə vurduğu səkkizinci qoldur. O, eyni sayda qol vuran digər iki futbolçu ilə bombardirlik yarışındadır.

Qeyd edək ki, Əskərovun şərəfini qoruduğu “Liepaya” komandası doqquz komandalı çempionatda altıncı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43