Kateqoriyasız

Vüqar Nadirov: “Çox da sevinmirik”

“Qarabağ”ın futbolçusu Vüqar Nadirov çempionluğu şərh edib.

İdmanxeber.com-a açıqlama verən hücumçu “İnter”ə məğlub olduqları oyun haqda danışarkən bunları deyib:

“Ağır oyun oldu. Bu çempionat bizim üçün ağır keçdi. İstər-istəməz belə olmalı idi. “İnter” gəlib çatırdı. Qələbəmizi qazandıq. Çox da sevinmirik. Çünki faciəvi şəkildə vətəndaşlarımız vəfat etdi. Əsas odu qələbə qazandıq və çempion olduq. 

Bundan sonra Avropadakı uğurlu nəticələrimizi təkrar etmək istəyirik. Çalışacağıq ki, yaydan sonra Avrokuboklarda ötənilkindən də yaxşı çıxış edək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43