İdman

Vüqar Nadirov nə üçün əvəzedici heyətə göndərilib? – ÖZÜ AÇIQLADI

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gələn “Səbail”in baş məşqçisi Samir Əliyev aparıcı futbolçularından syaılan Vüqar Nadirovun adını iştirak ərizəsinə salmadı.

İdmanxeber.com-un məlumatına görə, bununla belə, futbolçu əvəzedicilərin heyətində meydana çıxaraq “Qəbələ”nin “dubl”unun qapısından 3 qol keçirib. Məsələyə aydınlıq gətirməsi üçün futbolçunun özü ilə əlaqə saxladıq. Vüqar əməkdaşımızla söhbətində əvəedici komandaya keçməsini bu cür izah edb: “Belə olmasını istədim. Çünki əsas komandaların oyunu günü özümü yaxşı hiss etmirdim. Meydana çıxmayacağım dəqiq idi. Əvəzedici komandaların oyunu günü baxdım, hər şey qaydasındadı. Dedim ki, yaxşıyamsa, oynaya bilərəm. Həftəni boş keçirmək istəmədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43