Dünya futbolu

Vüqar Nadirovun yeni klubu məlum oldu

Azərbaycan milli komandasının sabiq üzvü Vüqar Nadirovun yeni klubu müəyyənləşib. “Qarabağ”dan ayrılan futbolçu karyerasını “Səbail”də davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Futbol11.az saytına oyunçunun özü məlumat verib. Nadirov bildirib ki, az öncə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, 29 yaşlı hücumçu karyerası ərzində “Qarabağ”, “Xəzər Lənkəran”, “Masallı”, “Qəbələ” və “İnter” kimi klublarda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43