Dünən keçirilən AZAL – “Xəzər Lənkəran” matçında oyunun baş hakimi Vüsal Əliyevin idarəçiliyi birincilər tərəfindən narazılıqla qarşılanıb.
Hələ matçda ikinci hissə oynanarkən, bir epizodda “təyyarəçilər”in çalışdırıcısı Vaqif Sadıqov hakimin verdiyi qərara etiraz edərək meydana girdi və daha sonra yerinə qayıdan təcrübəli mütəxəssis onu sakitləşdirmək istəyən referinin gözü qarşısında su butulkasını yerə çırpdı. Hər kəs bu anda Əliyevin Sadıqovu cəzalandıracağını düşünsə də, bu baş vermədi.