Ölkə futbolu

Vüsal İsgəndərli Azərbaycandan olan təklifləri dəyərləndirməyəcək

Türkiyənin I Liqa klubu “Boluspor”da çıxış edən Vüsal İsgəndərli komandada qalacaq.

Bu barədə İdmanxeber.az saytına futbolçunun özü məlumat verib. O bildirib ki, Azərbaycandan təklifləri olsa da, Türkiyədən ayrılmaq fikri yoxdur. Yarımmüdafiəçi “Boluspor”da xoşbəxt olduğunu vurğulayıb.

Xatırladaq ki, Vüsal bu ilin yanvar ayında Bolu klubu ilə 1,5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, “Boluspor” Super Liqaya çıxmaq yolunda pley-off mərhələsində “Bodrumspor”a məğlub olub (0:2).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43