Türkiyə I Liqasında 24-cü turun oyunları keçirilir.
İdmanxeber.az məlumat verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” doğma meydanda “Erzurum”la üz-üzə gəlib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.
Xallarını 39-a yüksəldən “Boluspor” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.