Kateqoriyasız

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi: “Bu, inanılmazdır”

“Xəzər Lənkəran” sabiq hücumçusu Con Toşak “Liverpul”un Çempionlar Liqasında yarımfinal mərhələsində bu gün “Barselona” ilə keçirəcəyi oyundan danışıb.

İdmanxeber.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, “Liverpul”un sabiq oyunçusu Lionel Messinin meydanda olduğu matçlarda kataloniyalılara qarşı oynamağın çox çətin olduğunu bildirib:

“Messi oynayanda “Barselona”nın qarşısını almaq çox çətin olur. O, istənilən rəqibi udmağa qadirdir. Messi xüsusi oyunçudur. O, dünyanın ən yaxşılarından biridir. Düzdür, mənim üçün Con Çarlz bir nömrədir. Ancaq bu, şəxsi fikrimdir. Messinin oyununu görəndə düşünürəm ki, bu futbolçuya məşq etmək lazım deyil. Bu, inanılmazdır. Qolfda “fora” olur. Futbolda da olmalıdır. Messiyə qarşı oynayan rəqiblərə 1 qol “fora” vermək lazımdır”.

Qeyd edək ki, vaxtı ilə “Real”, “Sportinq”, “Beşiktaş” kimi klublara başçılıq etmiş Toşak 2013-cü ildə “Xəzər Lənkəran”ı da çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan Ermənistanla eyni səbətdə

admin

“Mxitaryan yalnız tanınmış futbolçu olmağı bacarıb, amma təəssüf ki, idmançı ola bilməyib”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin