Kateqoriyasız

Xəbərimiz təsdiqləndi: Gürcü futbolçu “Qəbələ”də

2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Torpedo”nun yetirməsi olan Qiqaurinin karyerası əsasən öz ölkəsi ilə bağlıdır. Müxtəlif vaxtlarda Gürcüstanın “Metallurq” (Rustavi), “Spartak” (Tsinvali), “Kolxeti-1913” klublarında çıxış edən təcrübəli oyunçu 2011-2012 mövsümündə Polşa “Yagelloniya”sının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43