29 Sentyabr 2024
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Kəpəz” onlarla vidalaşdı

“Kəpəz” hücumçusu Salif Sisse və qapıçısı Mario Mustapiç ilə yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun müqaviləsi başa çatıb. Buna görə də onlar “Kəpəz”dən ayrılıblar.

Son mövsümdə 13 oyunda forma geyinən Salif Sisse 1 qol vurub. Mario Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.

Xatırladaq ki, hər iki oyunçu ilə yolların ayrılacağı xəbərini ilk öncə idmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43