Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Kəpəz” onun istefasını rəsmən açıqladı

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov istefa verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssis mövsümün əvvəlindən “Kəpəz”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 6 xalla sonuncu pillədə qərarlaşıb.

Klub gələcək karyerasında Azər Məmmədova uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43