Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: “Sumqayıt” yeni transferini açıqladı

2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti transferini açıqlayıb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “kimyaçılar” “Maşınsazi”də çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babayi ilə müqavilə imzalayıb.

1,5 illik icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq Babayi yeni komandasında 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Traktorsazi”nin yetirməsi olan Peyman Babayi Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostaresh Foolad” (26 oyun, 7 qol) və “Maşinsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43