Kateqoriyasız

“Xəzər Cənub” məğlubiyyətlə başladı, Borisov “Neftçi”də debüt etdi

Futzal üzrə Azərbaycan Yüksək Liqasına start verilib.

İdmanxeber.az xəbər verir ki, çempionatın açılış matçında “Xəzər Cənub”la “Neftçi” İK üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşmada İlqar Aslanovun rəhbərlik etdiyi “Neftçi” rəqibini 8-6 hesabı ilə məğlub edib. Yığmamızın üzvü Vitali Borisov bu görüşdə “Neftçi”nin heyətində debüt edib.

Qeyd edək ki, Yüksək Liqada bu gün daha iki matç keçiriləcək. Yasamal FK Araz-la, Yasamal İSK isə Liman-la qarşılşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43