Dünya futbolu

“Xəzər Lənkəran”ın məşqinə minlərlə azarkeş gəlirdi”

“Xəzər Lənkəran”ın sabiq qapıçısı Aleksandr Martyoşkin Rusiya mətbuatına müsahibə verib. Futbolçu karyerası ilə bağlı xatirələrini danışan belaruslu veteran qolkiper Azərbaycanda keçirdiyi illəri də yada salıb:

“Xəzər Lənkəran”ın məşqinə minlərlə azarkeş gəlirdi. Orada möhtəşəm futbol ab-havası olurdu. “2004-2005 mövsümündə “Xəzər Lənkəran” “Neftçi” ilə “Qızıl oyun”da qarşılaşmağa haqq qazandı. Bu, Azərbaycan futbolunun ən böyük oyunu idi. Biz 1:2 hesabı ilə uduzduq. Bizim üçün olduqca üzücü an idi. Çünki həmin vaxt əla heyətimiz var idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43