Dünya futbolu

Xabi Alonso susqunluğu pozdu

Zədəsi səbəbindən forma geyinə bilməyən “Real”ın ispan futbolçusu Xabi Alonso gələcək karyerası haqda danışıb.

Mövsümün sonunda klubu ilə müqaviləsi bitəcək olan yarımmüdafiəçi komanda da qalmaq istədiyini deyib:

“Artıq bu barədə danışmağımın vaxtı gəldi. Zədəli olduğum üçün bu açıqlama vermək istəməmişdim. “Real”da azarkeşlərin mənə qarşı olan hörmətindən məmnunam. Beş ay zədəli olsam da, burada olduğum üçün xoşbəxt idim. Yenə də Madrid klubunda qalmaq istəyirəm. Klubumun da istəyəcəyi təqdirdə müqaviləmi yeniləməyə hazıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43