İdman

Xama Billat seçimini etdi: “Qarabağ”!

“Qarabağ”ın qış fasiləsində transfer etməyə çalışdığı Xama Billiatın Ağdam klubuna keçidi reallaşmaq üzrədi. İdmanxeber.com-un Cənubi Afrika mətbuatına istinadən verdiyi məlumata görə, “Mamelodi Sandauns”u 2 futbolçu – Persi Tau və Xama Billiat komandadan ayrılacaq. Avropa klublarına yollanacaq hər iki futbolçudan Taunun İsveçə, Billiatın isə ölkəmizə gəlməsi an məsələsidi.

Yazılan xəbərdə Xama Billatın qəti qərar verdiyi və yayda “Qarabağ”a keçəcəyi bildirilib .

 Qeyd edək ki, “Mamelodi Sandauns”la müqavilə müddəti yaya qədər olan Xama Billiatın keçidi baş tutarsa, o, “Qarabağ”a havayı başa gələcək. Zimbabve millisinin üzvü 2013-cü ildən Cənubi Afrika klubunun formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43