Dünya futbolu

Xames “Bavariya”ya keçməzdən əvvəl “Real”la müqavilə imzalayıb

Xames Rodriges “Real”ı tərk etməzdən əvvəl “kral klubu” ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, münxenlilər bundan sonra onu 40 milyon avroya transfer də edə bilərlər.

“Marca” qəzetinin məlumatına görə, keçidə qədər Xames “Real”la sözləşməni 2021-ci ilə qədər artırıb. Onun əvvəlki müqaviləsi 2019-cu ilə qədər idi. Müqavilənin artırılmasının səbəbi “Real”ın futbolçunu “Bavariya”nın onu almasından imtina etməsi zamanı özündə saxlamaq istəyi olub.

Xatırladaq ki, 2 gün əvvəl kolumbiyalı futbolçu 2 illik icarə şərti ilə Bavariyaya keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43