Kateqoriyasız

“Xan Lənkəran” müraciət etdi

“Xəzər Lənkəran”ın “Xan Lənkəran” fan klubu azarkeşlərə müraciət edib.

Əziz futbol həvəskarları, çox hörmətli ziyalılar və dəyərli mediya mənsubları! Sevimli komandamız “Xəzər Lənkəran”ın son illərdə göstərdiyi uğursuz nəticələr, meydandan kənar “oyunlar”, azarkeşlərin əsəblərinin pozulmasına səbəb olmuş, müxtəlif davranışlar artıq hər kəsin səbrini daşırmışdır. Vəziyyət o həddə çatıb ki, artıq tribunalar oyun zamanı boş qalır. Bütün bunları nəzərə alaraq əsasən ziyalılarımız və idarə heyyətimizlə məsləhətləşib, növbədən kənar toplantı keçirmək qərarına gəldik. Topantıda istənilən fan klubun nümayəndələri iştirak edə bilər. Bütün fikir və təkliflər dinləniləcək və yekun qərarda öz əksini tapacaq.

Toplantının tarixi, yeri və saatı:

Lənkəran şəhər Musiqi məktəbi (Köhnə polisin yanı).

27 Aprel 2014, saat 10:00.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43