Ölkə futbolu

“Xan Lənkəran” yeni prezidentinə qovuşdu

Xəbər verdiyimiz kimi, artıq bir neçə ay idi ki, “Xan Lənkəran” futbol azarkeşləri klubunun prezident kürsüsü boş idi və klub idarə heyyəti tərəfindən idarə edilirdi.

“Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun prezident seçkiləri üçün 22.10.2013-cü il tarixdən startı verilmiş səsverməyə nəhayət ki, bu gün, 30.10.2013-cü il saat 18:00-da stop verildi. Səslər idarə heyyəti və xüsusi komissiya tərəfindən yoxlanıldı və nəticələr məlum oldu. Bələliklə səsvermədə 60% səs toplayaraq qalib gələn namizəd, respublikada kifəyət qədər tanınmış insan, dəyərli ziyalı Zaur Babayev bu gündən etibarən 1 il müddətinə “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun prezidenti təyin edilir. Zaur müəllimə bu çətin və şərəfli yolda uğurlar arzu edir, yeni-yeni nəaliyyətlər diləyirik. Əminik ki, Zaur müəllimin yüksək intellekti, zəkası, futbol savadı və onu dəstəkləyən minlərlə azarkeş ordusu sayəsində “Xan Lənkəran” Futbol Azarkeşləri klubu daha da inkişaf edərək bütün dünyada öz adından söz etdirəcək.

Xatırladaq ki, bundan belə bu kimi seçkilər klubun daxili nizamnaməsinə əsasən hər iki ildən bir keçiriləcək. Və yalnız klubun idarə heyyətinin müdaxiləsi nəticəsində nizamnaməyə nəsə bir dəyişiklik edilə bilər.

“Xan Lənkəran” azarkeş klubu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43