Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”la MOİK üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüşün keçiriləcəyi Xankəndi stadionunda işlər bütün sürəti ilə davam edir. Artıq arenaya yeni oturacaqlar yerləşdirilib.
Xatırladaq ki, “Qarabağ” – MOİK matçı dekabrın 21-də start götürəcək.