28 Sentyabr 2024
Ölkə futbolu

Xankəndi stadionundan yeni görüntülər – VİDEO

Sosial şəbəkələrdə Xankəndi stadionundan yeni görüntülər paylaşılıb.

İdmanxeber.az-ın məlumatına görə, videoda meydançanın durumu yaxşı olsa da, tribunalardakı vəziyyətin ürəkaçan olmadığı müşahidə olunur. Ehtiyat skamyalarının bir qismı yararsız vəziyyətdədir. 

Xatırladaq ki, bir müddət öncə mətbuatda “Qarabağ”ın ev oyunlarının bəzilərini Xankəndi stadionunda keçirəcəyi iddia edilmişdi. Videoda hazırda arenada təmir-bərpa işlərinin aparıldığı da vurğulanıb.

Həmin görüntüləri təqdim edirik:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43