Kateqoriyasız

Xaqani Məmmədovun rüşvət qalmaqalına görə komissiya yaradıldı

2001-ci avqustun 23-də Xorvatiya “Osiyek”i ilə Latviya “Dinaburq”u arasında keçirilmiş UEFA Kubokunun təsnifat mərhələsinin oyununda azərbaycanlı hakimlər briqadasının davranışı ilə əlaqədar 5 nəfərdən ibarət komissiya yaradılıb.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, komissiyanın üzvlərinin adları məxfi saxlanılır.

Qeyd edək ki, 2001-ci ildə, avqustun 23-də UEFA Kubokunun “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasındakı cavab matçında Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına oyunun nəticəsini dəyişmək üçün rüşvət təklif edildiyi iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43