Dünyadan

Xavi: “Barselona”nın baş məşqçisi olmaq istəyirəm”

“Barselona”nın sabiq futbolçusu Xavi Kataloniya klubunun baş məşqçisi olmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, 36 yaşlı futbolçu bunları deyib:

“Barselona”nın baş məşqçisi olmaq istəyimi gizlətmirəm. Bu, mənim başlıca məqsədimdir. Yenidən sabiq komandama qayıtmaq və doğma klubumda çalışmaq istərdim. Karyeramı başa vurduqdan sonra futboldan uzaqlaşmayacam. 10 dəqiqə boş vaxtım olanda da televizorda futbol izləyirəm. Həyat yoldaşım isə futbola nifrət edir”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi 2015-ci ildə Qətərin “Əl Sədd” klubuna transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43