19 Sentyabr 2024
Dünya futbolu

Xavi bu halda klubdan gedəcəyini bildirib

“Barselona”nın baş məşqçisi Xavi komandanın uğrusuz nəticələrinin davam edəcəyi təqdirdə klubdan ayrılacağını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu barədə özü danışıb:

“Mən dedim ki, liderliyə oynamaq səviyyəsinə çatmasaq, o zaman vəzifəmi tərk edəcəm. Biz böyük klubdayıq – “Barselona”da. Döyüşdük və çox çalışdıq. Qələbə qazanmasanız, məşqçilik işiniz təhlükə altındadır”.

Hazırda “Barselona” La Liqanın turnir cədvəlində “Rea”dan 7 xal, lider “Jirona”dan 8 xal geri qalır. Komanda İspnaiya Kubokundakı müabrizəsini də dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43