Dünya futbolu

Xavi İlkayı necə razı salıb?

“Barselona”nın İlkay Gündoğanı necə razı saldığı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı oyunçu baş məşqçi Xavi Hernandeslə danışdıqdan sonra transferə razılıq verib. Gənc mütəxəssis türk əsilli yarımmüdafiəçiyə davamlı əsas heyətdə oynacağını bildirib.

32 yaşlı futbolçunun “Barselona” ilə 3 illik müqavilə bağladığı və yaxın günlərdə tibbi baxışdan keçəcəyi bildirilir.

Gündoğan bu mövsüm “şəhərlilər”in heyətində 50 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43