Dünya futbolu

Xavi maaşının artırılmasını istəyir

“Barselona”nın baş məşqçisi Xavi Hernandes rəhbərliklə görüşəcək.

İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis Xuan Laporta ilə görüşərək maaşının artırılmasını müzakirə edəcək. Mənbənin sözlərinə görə, Xavi buna layiq olduğunu düşünür.

Hazırda mütəxəssis illik 4 milyon avro alır. Rəhbərlik də Xavinin maaşının artırılmasına qarşı deyil.

41 yaşlı çalışdırıcının “Barselona”yla müqaviləsi 2024-cü ilə qədərdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43