Kateqoriyasız

Xayme Romero qayıtdı

“Qarabağ”ın futbolçusu Xayme Romero komanda ilə birgə məşqlərə başlayıb.

İdmanxeber.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun ötən gün keçirdiyi məşqdə kollektivlə birgə hazırlaşıb.

“Zirə” ilə oyunda zədələnən futbolçu Avropa Liqasında “Düdelanj”la matçı buraxmışdı. 28 yaşlı cinah futbolçusu oktyabrın 24-ü APOEL-lə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmada meydanda olacaq.

Image may contain: 1 person, playing a sport and outdoor


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43