Kateqoriyasız

Xəbərimiz TƏSDİQLƏNDİ: “Qarabağ” onu icarəyə verdi

“Qarabağ” futbolçusu Eltun Yaqublunu icarəyə verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Türkiyənin Antalya şəhərində qış-təlim məşq toplanışında olan komanda hazırlıqlar ərəfəsində E.Yaqublunu “Sumqayıt”ın düşərgəsinə göndərib. Gənc müdafiəçi Eltun Yaqublu daha çox oyun praktikası qazamaq üçün “Sumqayıt” klubuna icarəyə verilib.

Qeyd edək ki, E.Yaqublunun “Qarabağ”dan ayrılacağı ilə bağlı xəbəri ilk olaraq biz vermişdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43