Dünya futbolu

Xedira daha 3 il “Yuventus”da

“Yuventus” Sami Xedira ilə müqaviləni yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya millisinin üzvü 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildə  “Real”dan “Yuventus”a keçib. Xedira “Yuventus”un heyətində 3 dəfə İtaliya çempionu olub, 3 dəfə İtaliya kubokunu və 1 dəfə İtaliya Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43