Ölkə futbolu

Xəqani Məmmədov: “İlk qol ofsayddan vurulub”

Premyer Liqanın XII turu çərçivəsində "Neftçi" doğma meydanda "Xəzər Lənkəran"ı darmadağın etdi – 4:1.

Oyunda ilk qol oyundankənar vəziyyətdən vurulub.

Bu barədə "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Cəbrayıloğlu ilk hissənin sonunda HK sədri Xəqani Məmmədovla söhbətləşib. 

Məmmədov ilk qolun ofsayddan vurulduğunu təsdiqləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43