Ölkə futbolu

Xəqani Məmmədov Syomin və “Qəbələ”yə dərs keçdi – FOTO

Yanvarın 24-də Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov və hakimlər Əlyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədovun iştirakı ilə “Qəbələ”nin Antalya düşərgəsində futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub.

Toplantıda ədalət təmsilçiləri ilə yanaşı PFL prezidenti Ramin Musayev də yer alıb. Seminarda futbolçu və məşqçilərə UEFA qaydaları və qaydalardakı yeniliklərlə  bağlı ətraflı məlumat verilib.

Toplantı zamanı müxtəlif oyun epizodları izlənilib və müzakirələr aparılıb. Məşqçi və futbolçuların suallarını cavablandıran hakimlər bir sıra mübahisəli məqam ətrafında fikir mübadiləsi aparıblar. Sonda “Qəbələ”nin baş məşqçisi Yuri Syomin tədbirin təşkilinə görə hakimlər komitəsinə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıb.

Xatırladaq ki, Hakimlər Komitəsi ötən mövsüm Qəbələdə bənzər seminar təşkil etmişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43