Ölkə futbolu

Xəqani Məmmədovun “bağının bəhəri” – VİDEO

Dünən Azercell U-17 Liqasının 1-ci turu çərçivəsində keçirilən “İnter”-“Qəbələ” matçı böyük qalmaqalla yadda qaldı.

Qalmaqalın səbəbkarısa matçın baş hakimi Elməddin İsgəndərov oldu. Belə ki, o, “İnter”in oyunçusunun əl ilə oynamasını əsas gətirərək 11 metrlik cərimə zərbəsi təyin etdi, halbuki ondan başqa hamı həmin epizodda hər hansı bir əl ilə oyunu görmədi və əl ilə oyundan söhbət belə gedə bilməzdi.

Yeniyetmə futbolçular mövsümün başlanğıcını səbrsizliklə gözləyirdilər, lakin bunun əvəzində hakim özbaşınalığıyla qarşılaşdılar. “İnter”in U-17 komandasının baş məşqçisi Vəli Hüseynov həmin epizodu belə şərh edir: “Həmin epizod komandamızı tamamilə sındırdı. Orada penalti yox idi və hamı bunu gördü. Düşünürəm ki, belə hakimlər oyunları idarə etməməlidirlər. Axı belə qərarlarla onlar gənc futbolçuların psixikasını pozurlar. Bəli, biz hesabda geridə idik, iki qırmızı vərəqə aldıq, lakin buna baxmayaraq uşaqlar sonadək mübarizə apardılar. Bizim futbolçulara heç bir iradımız yoxdur. Ancaq çox istərdik ki, bu hakimin qərarları cəzasız qalmasın, əks halda onun hərəkətlərindən digər komandalar da zərər görə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43