Ölkə futbolu

“Xeyir ola, “Ayaks”la Hollandiya çempionu, Çempionlar Liqasının iştirakçısı birdən-birə “Qəbələ”yə getdi?”

Bu yaxınlarda “Mordoviya”nın sükanı arxasına keçmiş “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin rəsmi təmsilçisi Dmitri Selyuk, “radarlar”ın hollandiyalı futbolçusu Lorenzo Ebesilionun Rusiya premyer-liqası təmsilçisinin sıralarına mümkün transferi haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Selyuk bunları söyləyib:

“Syomin Kiyevdən gedərkən, bir çox xeyirxahlar deyirdilər ki, onun futbolu köhnəlib. Syomin nə etdi? “Qəbələ”yə getdi, klubu ölkə çempionatında üçüncü etdi və Kubokun finalına çıxardı. Yəni, klub indi avrokubok iştirakçısıdır. Mən ora üç futbolçu göndərmişəm. Onlardan biri Ebesiliodur. Soruşmaq olar: “Xeyir ola, “Ayaks”la Hollandiya çempionu, Çempionlar Liqasının iştirakçısı birdən-birə “Qəbələ”yə getdi?” Məhz ona görə ki, orada Yuri Pavloviç Syomin vardı”.

Bu yay Ebesilionun “Mordoviya”ya mümkün keçidi haqda suala Selyuk belə cavab verib: “Düşünürəm ki, bəli. Yeri gəlmişkən, demək istəyirdim ki, mənim futbolçumun Rusiya klubu ilə istənilən müqaviləsində, təbii ki, ən cavanlardan başqa, onun əməkhaqqından Çulpan Xamatovanın “Həyat bəxş et” fonduna hər ay min dollar keçiriləcəyi haqda yazılacaq. Əgər Ebesilo “Mordoviya” ilə müqavilə bağlasa, onunla da belə olacaq. Ola bilər ki, kimsə məni dəstəkləsin. Mən hesab edirəm ki, insanlara xeyir vermək lazımdır. Futbolçular kifayət qədər əməkhaqqı və əlavələr qazanırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43