Milli komanda

“Xeyli çətinliklə üzləşdik” – Təbriz Həsənov

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-cu yer uğrunda görüşdə Belarusa qalib gəldikləri oyunu (əsas vaxt – 1:1, penaltilər seriyası – 5:4) şərh edib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, görüşün həddindən artıq ağır keçdiyini deyib:

“Futbolçularımızda fiziki yox, daha çox psixoloji yorğunluq hiss olunurdu. Üstəlik, Belarus yığması kifayət qədər güclü komandadır. Xeyli çətinliklə üzləşdik, üstəlik, qol da buraxdıq. Lakin son dəqiqələrdə bəxtimiz gətirdi. Ümumiyyətlə, bütün oyun ərzində hücumda olmaq çox çətindir. Öz növbəmdə, mən də turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, millimiz sözügedən turniri 9-cu pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43