Kateqoriyasız

“Xəzər Lənkəran”: Ərzurum-İstanbul-Zaqreb…

Yeni mövsümün hazırlığı üçün ilk olaraq Türkiyənin Ərzurum vilayətində toplaşan “Xəzər Lənkəran” hazırlığın ilk mərhələsini başa vurdu. 

İdmanxeber.com-un məlumatına görə, iyun ayının 23-dən etibarən qardaş ölkədə toplanışını davam etdirən komanda ötən gün hazırlığın ikinci mərhələsi üçün məskunlaşdığı oteli tərk edib.

“Xəzər Lənkəran” Ərzurum-İstanbul-Zaqreb aviareysi ilə Xorvatiyaya yetişib oradan avtobusla Sloveniyaya yola düşərək Toplise yaxınlığındakı 5 ulduzlu “Livada Prestij” otelində məskunlaşıb. Hazırlığının ilk mərhələsində, Ərzurum toplanışında əsasən fiziki hazırlıq üzərində çalışan komanda Sloveniya toplanışında taktiki hazırlığa daha çox önəm verəcək və 4 yoxlama oyununa çıxacaq.

Qeyd edək ki, Sloveniya toplanışının iyul ayının 29-na qədər davam etməsi planlaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43