27 Yanvar 2020
Ölkə futbolu

“Xəzər Lənkəran” 1 milyonluq futbolçunu 17 yaşlı oyunçuya görə saxladı – ÖZƏL

“Xəzər Lənkəran” qapıçı problemini demək olar ki, həll edib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, yayda transferə çıxarılan xorvatiyalı qolkiper Vyekoslav Tomiç artıq Cənub klubuna geri dönüb. Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus təcrübəli qapıçıya özünə yeni komanda tapması tapşırılmışdı. Lakin transfer dəyəri bahalı olan əlcək ustasına yaxın duran olmadı. Buna görə də, Oğuz Çətin xorvatiyalıya şans tanıyıb. Əgər Tomiç məşqlərdə özünü doğrulda bilsə o zaman komandada qalacaq.

Tomiçin komandada qalacağını təsdiqləyən digər məqam isə Elnur Cəfərovun əsas heyətdə meydana çıxmasıdı. Belə ki, limit məsələsinə görə Orxan Sadıqlıya şans vermək məcburiyyətində qalan XL Cəfərovun əsas heyətə dönməsinin ardından Tomiç üçün yaşıl işıq yanıb.

Böyük ehtimalla dəyəri 1 milyondan artıq olan qapıçı bundan sonra da “Xəzər Lənkəran”ın uğurları üçün çalışacaq. 

Oxşar xəbərlər

“Qəbələ” finalda – VİDEO

admin

“Neftçi” və “Sumqayıt” qələbə qazandı- YENİLƏNİB

admin

Aqil Məmmədov “Qəbələ”də

admin