Ölkə futbolu

“Xəzər Lənkəran” 2 məşqçisini göndərir? – AÇIQLAMA

Mustafa Dənizlinin “Xəzər Lənkəran”da iki köməkçisi Hafiz Əliyev və Ciovanni Melkiorrenin komandadan göndərilməsi xəbəri yayılıb. Türkiyəli çalışdırıcının bu iki posta öz ölkəsindən bir neçə namizəd arasında seçim etdiyi bildirilir. Bu məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, idmanxeber.com saytına açıqlamasında xəbər barədə qısa danışdı: “Belə bir şey yoxdur. Bu qərarları Mustafa Dənizli verir. Sözügedən məşqçilərin komandadan ayrılması gündəmdə deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43