Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşləri 24 saat səbr edin: yeni baş məşqçinin kimliyi müəyyənləşir

“Baş məşqçi məsələsinə ola bilsin ki, sabah aydınlıq gəlsin. Danışıqlar apardığımız baş məşqçinin adını açıqlaya bilməyəcəm. Ancaq sizə əmin edirəm ki, çox məşhur çalışdırıcıdı və işlədiyi yerlərdə uğurlar qazanıb”.

Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, bu siyahıda Metin Diyadin yoxdu:

“Danışıqlar apardığımız məşqçi “Kasımpaşa”nı çalışdırmış Metin Diyadin də deyil. Sabah böyük ehtimalla hər şeyə aydınlıq gələ bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43