Kateqoriyasız

“Xəzər Lənkəran” azarkeşləri növbəti dəfə məyus olacaqlar

“Xəzər Lənkəran” “Sumqayıt”la oyuna hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, daha bir futbolçu zədələnib. Az öncə Rahid Əmirquliyevin məşqdə zədələnərək sıradan çıxması haqda sizə informasiya vermişdik. Maraqlıdır ki, məşq bitər-bitməz Tural Cəlilov da sıradan çıxıb. Gənc futbolçunun “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı sual altındadı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43