Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşləri üçün şad xəbər: Ayrılıq olmayacaq

“Xəzər Lənkəran” ev oyunlarını elə Lənkəranda keçirəcək.

Bu barədə idmanxeber.com-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, leysanlar səbəbindən bərbad hala düşən “Fırtınalar meydanı”nın ot örtüyü fasilə zamanı dəyişdiriləcək. Əgər bu müddət ərzində bu işlər tam reallaşmasa o zaman neytral meydanda oynamaq kimi planlar ola bilər. 

H.Cəbrayıloğlu bildirib ki, bu o qədər də real görünmür. Çünki böyük ehtimalla meydanın ot örtüyü elə fasilə zamanı dəyişdirilib, başa çatdırılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43