Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərinə daha bir şad xəbər

Bu gün Premyer Liqanın VI turu çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “Bakı”nı məğlub edərək, yeni mövsümdə ilk qələbəsini qazanıb – 2:1.

Qarşılaşmada dubl edən Mbilla ikinci hissənin 68-ci dəqiqəsində zədələnərək yerini Sadio Tounkaraya verib. 

Futbolçunun zədəsinin ciddi olub-olmadığını öyrənmək üçün klubla əlaqə saxladıq. Klubun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, Mbillanın zədəsi ciddi deyil və qarşıdakı turda komandaya kömək edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43