Kateqoriyasız

“Xəzər Lənkəran” azarkeşlərinə müjdə: 400 min avroluq futbolçu müqaviləyə gəlir – RƏSMİ

Antalyada təlim-məşq toplantısında olan "Xəzər Lənkəran"ın düşərgəsinə axşam daha bir futbolçu qoşulacaq.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. 

Cənub klubunun rəsmisi bildirib ki, Elias Oliveyra axşam artıq "Xəzər Lənkəran"ın düşərgəsində olacaq. Klub onunla birbaşa müqavilə imzalayacaq. Futbolçunun transfer dəyəri 400 min avrodu.

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi müqavilə ilə “Atletiko Paramnense” klubuna məxsusdu. Lakin o, bu komandada möhkəmlənə bilməyincə "Ponte Preta"ya icarəyə verilib. Burada Elias 11 oyunda 2 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, Elias  “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” kimi klubların da şərəfini qoruyub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43