Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərini “Böyük oyun” öncəsi sevindirən xəbər

"Xəzər Lənkəran"la həftəsonu prinsipial matça çıxacaq "Neftçi" daha bir futbolçusunun xidmətindən bu oyunda yararlana bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, son turda "Rəvan"la oyunda zədələnən özbək hücumçu Bahodir Nasimovun durumuna aydınlıq gəlib. Həkim müayinəsindən keçən forvardın "Xəzər Lənkəran"la oyunda meydana çıxmayacağı dəqiqləşib. 

Bununlada paytaxt klubunda itkilərin sayı ikiyə çatıb. Bundan öncə Elvin Yunuszadə sarı kart aldığına görə, cəzalı duruma düşüb və XL-lə oyunda meydanda olmayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43