Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərinin diqqətinə!

“Xəzər Lənkəran” komandası yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyində ilk oyununu dekabrın 4-də keçirəcək. Belə ki, cənublular Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində I divizion təmsilçisi “Neftçala” komandası ilə görüşəcək. Qeyd edək ki, “Fırtınalar meydanı”nda baş tutacaq və saat 17:00-da start götürəcək matç klubun rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43