Ölkə futbolu

“Xəzər Lənkəran” “Bakı” ilə oyuna 3 itki ilə hazırlaşır

Son üç günü məşqlərini paytaxtda davam etdirən “Xəzər Lənkəran” dünən doğma şəhərə dönüb.

İdmanxeber.com-un məlumatına görə, komanda qısa fasilədən sonra axşam məşqini də Lənkərandakı bazasında keçirib. Hazırda Uğur Pamuk və Rəşad Sadiqovla yanaşı Ağabala Ramazanov da zədə səbəbindən hazırlıqda iştirak etmir. Bu gün və sabah oyunöncəsi məşqlərini tamamlayan komanda daha sonra oyun saatını gözləyəcək.

Xatırladaq ki, VIII tur çərçivəsində "ağ- yaşıllar"ın rəqibi paytaxtı təmsil edən “Bakı” klubu olacaq. Matç 19 oktyabr saat 17:00-da start götürəcək və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43