Ölkə futbolu

“Xəzər Lənkəran” – “Bakı” – Prevyu

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Topaz Premyer Liqasında VIII turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın bu turdakı rəqibi “Bakı” olacaq. “Ağ-yaşıllar” ilk dəfə 10 il əvvəl qarşılaşdığı paytaxtın eyniadlı təmsilçisi bütün yarışlar nəzərə alınmaqla 38-ci dəfə üz-üzə gələcək.

Premyer Liqaya təsadüf edən 28 matçda da "Xəzər Lənləran" oyunların sayı qədər fərqlənib. Çempionatda top fərqində (28-29) geridə olan “Xəzər Lənkəran” 7 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlubiyyətlə barışıb.

Ölkə çempionatında 15-ci dəfə “Bakı”nı qəbul edəcək komanda ev oyunlarında üstünlüyə malikdir. Əvvəlki 14 qarşılaşmada 6 qələbəsi olan “Xəzər Lənkəran” 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Bu görüşlərdə “ağ-yaşıllar” 19, bakılılar 11 qol sevinci yaşayıb.

Bazar gününün yeganə qarşılaşması olan "Xəzər Lənkəran" – "Bakı" matçına 19 oktyabr, saat 17:00-da start verilcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43