Ölkə futbolu

“Xəzər Lənkəran” “Bakı” üçün başlayır

“Xəzər Lənkəran” 16-cı turun hazırlığına bu gün start verir.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” ilə görüşdən (3:0) sonra istirahətə buraxılan “cənub” təmsilçisi bu gün “Bakı” ilə oynun hazırlığına başlayır. “Ağ-yaşıllar” hazırlığını “köhnə Neftçi-baza”da saat 12:00-da keçirəcək.

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” matçı 14 dekabr tarixində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43